Bizimhedef.az » dunya » Kadırov ukraynalıları TƏHDİD ETDİ

Kadırov ukraynalıları TƏHDİD ETDİ

  • 16-03-2022, 09:15
  • dunya
  • 208 377
Kadırov ukraynalıları TƏHDİD ETDİ


Çeçenistanın rəhbəri Ramazan Kadırov Ukrayna əhalisini təhdid edən video yayımlayıb.

Xarici KİV xəbər verir ki, Kadırov həmin görüntüləri "Telegram" kanalında paylaşıb. Videonun Kiyev yaxınlığındakı Qostomeldə çəkildiyi bildirilir.

Həmin görüntülərdə Kadırov və çeçen əsgərlərinin olduğu otaqda planları stolun üstünə qoyması və təhlil etməsi diqqətdən yayınmayıb.

Kadırov bildirib ki, ötən günlərdə Kiyevdən 20 kilometr uzaq məsafədə olsalar da, indi daha yaxındılar:

“Biz sizə göstərəcəyik ki, rus praktikası müharibəni xarici nəzəriyyədən və hərbi ekspertlərin məsləhətindən daha yaxşı aparır. Bizim tək istəyimiz başladığımız işi tez başa çatdırmaqdır”.

O, həmçinin vuğlayıb ki, Ukrayna ordusu Rusiya və Çeçenistanın biləşmiş ordusu ilə qarşılaşanda qaçır.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya