Bizimhedef.az » sosial » Novruz bayramında 8 gün ardıcıl qeyri-iş günü olacaq

Novruz bayramında 8 gün ardıcıl qeyri-iş günü olacaq

  • 11-03-2022, 16:00
  • sosial
  • 209 949
Novruz bayramında 8 gün ardıcıl qeyri-iş günü olacaq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Novruz bayramı ilə bağlı qeyri-iş günlərini açıqlayıb.

Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.

Beləliklə, 26 və 27 mart tarixləri də şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya