Bizimhedef.az » siyaset » İlham Əliyev Moskvada Rusiya ilə əməkdaşlığa həsr olunmuş sərgi ilə tanış olub

İlham Əliyev Moskvada Rusiya ilə əməkdaşlığa həsr olunmuş sərgi ilə tanış olub

  • 23-02-2022, 14:13
  • siyaset
  • 192 718
İlham Əliyev Moskvada Rusiya ilə əməkdaşlığa həsr olunmuş sərgi ilə tanış olub


Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Moskva şəhərində Rusiyanın TASS İnformasiya Agentliyinin ofisi qarşısında “TASS və AZƏRTAC-ın kadrları ilə Rusiya və Azərbaycanın 30 illik diplomatik münasibətləri” adlı sərgi ilə tanış olublar.

“Report” xəbər verir ki, dövlət başçısını TASS İA-nın Baş direktoru Sergey Mixaylov və bir sıra rəsmi şəxslər müşaiyət edib.

TASS ilə AZƏRTAC-ın birgə layihəsi olan sərgidə Azərbaycanla Rusiya arasında dostluğun, siyasət, iqtisadiyyat, hərb, mədəniyyət və başqa sahələrdəki əməkdaşlığın yaxın tarixini əks etdirən 20-dək şəkil nümayiş olunur.

TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusman ali qonaqlara sərgidəki fotolar haqqında məlumat verib.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya