Главная > dunya > SON DƏQİQƏ! Rusiyanın böyük ticarət şirkətinə PUA zərbəsi – Logistika mərkəzi yanır!
SON DƏQİQƏ! Rusiyanın böyük ticarət şirkətinə PUA zərbəsi – Logistika mərkəzi yanır!Сегодня, 09:12. Разместил: vasif |
![]() Noyabrın 4-nə keçən gecə Rusiyanın Adıgeya Respublikasında pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində “Ozon” şirkətinin logistika mərkəzində yanğın baş verib. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, pilotsuz uçuş aparatlarından biri logistika mərkəzinə zərbə endirib. Hücum nəticəsində anbar kompleksində yanğın başlayıb. Şirkət əməkdaşları operativ şəkildə təhlükəli ərazidən təxliyə olunublar. İlkin məlumatlara əsasən, işçilər arasında xəsarət alan yoxdur. Yanğının əhatə etdiyi sahə, obyektə dəymiş maddi ziyanın həcmi və yanğının tam söndürülməsi barədə hələlik məlumat açıqlanmayıb. Hadisənin baş verdiyi Adıgeya Respublikası Krasnodar diyarı ilə həmsərhəddir. Hücumun baş verdiyi ərazi ilə bağlı ilkin məlumatlarda Krasnodar istiqaməti də göstərilib. Вернуться назад |