Главная > hadise > Məktəb direktorunun maşınının yandırılmasına görə o da həbs edildi - Video

Məktəb direktorunun maşınının yandırılmasına görə o da həbs edildi - Video


19-10-2026, 12:38. Разместил: vasif
Məktəb direktorunun maşınının yandırılmasına görə o da həbs edildi - Video


Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı əməliyyatları davam etdirir.

DİN-in Mətbuat xidmətindən “ bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir.


Вернуться назад