Главная > iqtisadiyyat > Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı9-10-2026, 12:11. Разместил: vasif |
![]() 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 29 312,1 mln manat təşkil edib. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur. Sözügedən dövrə dövlət büdcəsinin xərcləri 25 348,2 mln manat olub ki, bu da illik müqayisədə 2,8% artım deməkdir. Qeyd edək ki, cari ilin ilk doqquz ayında dövlət büdcəsində 3 963,9 mln manat profisit yaranıb. Bu, ötən ayın profisit göstəriciləri ilə müqayisədə 6,7% çoxdur. Вернуться назад |