Главная > dunya > Azərbaycan bunu dəstəkləyir - Putin

Azərbaycan bunu dəstəkləyir - Putin


Сегодня, 09:49. Разместил: vasif
Azərbaycan bunu dəstəkləyir - Putin


Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılmasını dəstəkləyir və bu layihəni perspektivli hesab edir.
Bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bildirib.

"Diqqətinizə çatdırmaq istəyirəm ki, marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçməlidir. Azərbaycan bu layihənin həyata keçirilməsini dəstəkləyir və onu perspektivli hesab edir", – deyə Putin bildirib.

Rusiya Prezidenti həmçinin layihənin reallaşdırılması üçün zəruri kredit vəsaitlərinin ayrılmasına Rusiya tərəfinin hazır olduğunu açıqlayıb.

"Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə gəlincə, biz kredit resursları ayırmağa hazırıq. Bunun üçün müvafiq maliyyə vəsaitlərimiz nəzərdə tutulub", – deyə o qeyd edib.

Putinin sözlərinə görə, bu mərhələdə İran tərəfi işin öz üzərinə düşən hissəsini yerinə yetirməlidir.
Вернуться назад