Главная > dunya > ABŞ Ermənistanda “yerin altına” enir – Böyük planı işə düşür

ABŞ Ermənistanda “yerin altına” enir – Böyük planı işə düşür


Сегодня, 14:22. Разместил: vasif
ABŞ Ermənistanda “yerin altına” enir – Böyük planı işə düşür


ABŞ Ermənistanla kritik minerallar və nadir torpaq elementləri sahəsində əldə edilmiş razılaşmaların praktiki icrası istiqamətində addımlar atır.

ABŞ Dövlət Departamentinin rəsmisi Pol Hüper bu məqsədlə Ermənistana səfər edib.

ABŞ səfirliyinin məlumatına görə, Hüper Ermənistan hökumətinin, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirib. Danışıqlarda ölkənin dağ-mədən sənayesinin imkanları, kritik minerallar və nadir torpaq elementləri sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər, həmçinin ABŞ-nın Ermənistana bu istiqamətdə göstərə biləcəyi potensial texniki yardım imkanlarını nəzərdən keçiriblər.

Səfər ABŞ ilə Ermənistan arasında kritik minerallar və nadir torpaq elementləri üzrə daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi mərhələsinə keçildiyini göstərir.

Müzakirələrdə geoloji məlumatların və mütəxəssis təcrübəsinin mübadiləsi, müasir texnologiyalarla geoloji xəritələşdirmə, mineral ehtiyatların kəşfiyyatı, hasilatı və emalı istiqamətləri də diqqət mərkəzində olub.

Bununla yanaşı, xammalın yalnız hasil edilməsi deyil, Ermənistanda əlavə dəyər yaradan emal imkanlarının inkişaf etdirilməsi, mədən ərazilərinin bərpası və kritik minerallar üzrə təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi məsələləri də nəzərdən keçirilib.
Вернуться назад