Главная > siyaset > Dövlət başçısı Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyətindən danışdı
Dövlət başçısı Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyətindən danışdı30-09-2026, 10:14. Разместил: vasif |
![]() Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bu barədə Prezident İlham Əliyevin “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində bildirilib. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, “ADEX” sərgisi həm ölkəmizin müdafiə-sənaye kompleksinin gücünün və potensialının, o cümlədən innovativ texnologiyalarının, həm də tərəfdaşlarımızın müdafiə sənayesi müəssisələrinin müasir məhsullarının və yeni nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Вернуться назад |