Главная > dunya > Putindən Rusiya ordusu ilə bağlı YENİ FƏRMAN
Putindən Rusiya ordusu ilə bağlı YENİ FƏRMAN29-09-2026, 09:37. Разместил: vasif |
![]() Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin ştat sayını artırıb. Bununla bağlı müvafiq fərman hüquqi aktların rəsmi dərc edildiyi portalda yerləşdirilib. Fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin ştat sayı 2 441 630 nəfər, o cümlədən hərbi qulluqçuların sayı 1 550 500 nəfər müəyyən edilib. Daha əvvəl hərbi qulluqçuların sayı müvafiq olaraq 2 426 130 və 1 535 000 nəfər təşkil edib. Beləliklə, ştat sayı 15 500 nəfər artırılıb. Fərman imzalandığı gündən qüvvəyə minib.(yeni sabah) Вернуться назад |