Главная > hadise > 15-i uşaq olmaqla 44 nəfər xilas edildi - NAZİRLİKDƏN VACİB AÇIQLAMA
15-i uşaq olmaqla 44 nəfər xilas edildi - NAZİRLİKDƏN VACİB AÇIQLAMA28-09-2026, 11:46. Разместил: vasif |
![]() Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri ötən həftə ərzində 469 yanğına çıxış edib. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında 29 köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə də qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 44 nəfər xilas edilib. Hadisələr zamanı 5 nəfər tüstüdən zəhərlənib, 2 nəfər xəsarət alıb, 44 nəfər təxliyə olunub. Müxtəlif hadisələrlə əlaqədar, o cümlədən bağlı qapı və avtoqəzalar zamanı 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Вернуться назад |