Главная > dunya > 44 günlük müharibənin ildönümündə Paşinyandan doğru seçim – Məğlubiyyəti konsertlə qeyd etdilər

44 günlük müharibənin ildönümündə Paşinyandan doğru seçim – Məğlubiyyəti konsertlə qeyd etdilər


Вчера, 09:11. Разместил: vasif
44 günlük müharibənin ildönümündə Paşinyandan doğru seçim – Məğlubiyyəti konsertlə qeyd etdilər


Ermənistanda 44 günlük müharibənin başlanmasının altıncı ildönümündə ölkənin İctimai Televiziyasının efir proqramı qalmaqala səbəb olub.

Musavat.com xəbər verir ki, sentyabrın 27-də Ermənistan İctimai Televiziyası estrada müğənnisi Tata Simonyanın əvvəlki konsertlərindən birinin lent yazısını yayımlayıb. Saat 17:19-da H1 kanalında “Festivar Gümrüdə” proqramının efirə verilməsi sosial şəbəkələrdə narazılıq doğurub.

Ermənistan Respublika Partiyasının nümayəndəsi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov buna sərt reaksiya verib. O, məhz sentyabrın 27-də – müharibənin başlanmasının ildönümündə əyləncəli konsert proqramının yayımlanmasını qəbuledilməz adlandırıb. Şarmazanov həmin vaxt insanların Yerablur hərbi panteonunda ölənləri yad etdiyini, dövlət televiziyasında isə konsert göstərildiyini vurğulayıb.

Ermənistan mediasında gün ərzində hakimiyyət nümayəndələrinin müharibənin ildönümü ilə bağlı susması da müzakirələrə səbəb olub. Axşam saatlarına qədər Ermənistan hakimiyyətinin nümayəndələrinin 44 günlük müharibənin başlanması ilə bağlı ayrıca açıqlama vermədiyi bildirilib. Baş nazir Nikol Paşinyan isə səhər kilsədə iştirak etdiyi mərasimdən qısa video paylaşmışdı.

Əslində, Paşinyan hakimiyyətinin bu tarixi xüsusi matəm gününə çevirməməsini başqa rakursdan da qiymətləndirmək olar. Qarabağ Ermənistanın ərazisi olmayıb və beynəlxalq səviyyədə Azərbaycanın suveren ərazisi kimi tanınıb.

Bu baxımdan Ermənistanın özünə məxsus olmayan torpaq uğrunda aparılmış və məğlubiyyətlə nəticələnmiş müharibəni dövlət səviyyəsində xüsusi mərasimlə qeyd etməməsi Paşinyan hakimiyyətinin həyata keçirdiyi doğru yanaşmadır.

Bir daha xatırladırıq ki, indiki Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır.
Вернуться назад