Главная > dunya > Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudurСегодня, 13:39. Разместил: vasif |
![]() Rusiya-Ermənistan münasibətlərində yeni böhran-102-ci baza, “Qazprom”, hətta Köçəryanın azadlığı... Ermənistan-Rusiya münasibətlərində gərginliyin kritik həddə çatdığı barədə İrəvandan yeni məlumatlar yayılır. Erməni mediasında yayılan iddialara görə, Moskva Nikol Paşinyan hökumətinə qarşı qaz kartından istifadə etməyə hazırlaşır və məsələ artıq sadəcə qazın qiyməti ilə bağlı deyil. Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır. Nəşr Rusiya mənbələrinə istinadən yazır ki, Rusiyadan Ermənistana qaz tədarükünün noyabrın 1-dən tamamilə dayandırılması ehtimalı müzakirə olunur. Hazırda qaz kəmərində planlı təmir işlərinin aparıldığı, Ermənistanın isə qaz anbarlarında əvvəlcədən toplanmış ehtiyatlardan istifadə etdiyi bildirilir. Qəzetin mənbəsinin iddiasına görə, noyabrın 1-dən sonra qaz təchizatının bərpa olunmaması üçün hansısa böyük “qəza” və ya fors-major vəziyyət yarana bilər. Lakin məsələni diqqətçəkən edən yalnız qazın dayandırılması ehtimalı deyil. “Hraparak”ın yazdığına görə, Moskva İrəvan qarşısında dörd əsas tələb irəli sürüb. İlk tələb Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası ilə bağlıdır. İddiaya görə, Paşinyan hakimiyyətindən bazanın Ermənistanda gələcək mövcudluğunun müzakirəsini dayandırmaq tələb olunur. İkinci məsələ Rusiyanın Ermənistandakı iqtisadi maraqlarıdır. Söhbət xüsusilə Rusiya kapitalının iştirak etdiyi böyük müəssisələrdən gedir. Mənbənin iddiasına görə, Moskva Ermənistan hökumətinin “Cənubi Qafqaz Dəmir Yolu”, “Qazprom” və digər Rusiya aktivləri ilə bağlı addımlarından narazıdır və İrəvanın Rusiya kapitalına qarşı hər hansı tədbirdən çəkinməsini istəyir. Üçüncü tələb Ermənistanın xarici siyasət istiqaməti ilə bağlıdır. Yəni İrəvanın Avropa İttifaqına yaxınlaşması və Avrasiya İqtisadi İttifaqından uzaqlaşması məsələsi. İddiaya görə, Moskvanın qarşısında iki variant qoyduğu bildirilir: ya Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun ləğv edilməli, ya da bu məsələ ilə bağlı referendumun keçirilməsi üçün konkret tarix elan olunmalıdır. Bu iddia Ermənistanın son dövrdə Avropa strukturları ilə münasibətlərini genişləndirməsi fonunda xüsusi diqqət çəkir. İrəvan bir tərəfdən Avropa ilə siyasi və təhlükəsizlik əlaqələrini dərinləşdirir, digər tərəfdən isə hələ də Rusiya ilə enerji, iqtisadiyyat və təhlükəsizlik sahəsində ciddi bağlılıqlara malikdir. Dördüncü tələb isə Ermənistanın daxili siyasi mühiti ilə əlaqələndirilir. “Hraparak”ın mənbəsinə görə, Moskva Rusiyaya yaxın hesab edilən erməni siyasətçilərinə qarşı təqiblərin dayandırılmasını istəyir. Bu kontekstdə Robert Köçəryan, Qaqik Tsarukyan, Andranik Tevanyan və Samvel Karapetyanın adları çəkilir. Bundan başqa, Ermənistan hökumətində Rusiya tərəfinin qəbul edə biləcəyi bir vitse-premyerin təyin olunmasının da tələb edildiyi iddia olunur. Mənbənin sözlərinə görə, Moskvada Ermənistan hökumətinin digər nümayəndələri ilə işləməkdən narazılıq var. Erməni mediasında yayılan bu məlumatlar doğrudursa, Moskva ilə İrəvan arasındakı mübahisənin miqyası kifayət qədər genişdir. Çünki söhbət artıq yalnız qazın qiymətindən və ya ayrı-ayrı iqtisadi layihələrdən getmir. İddia edilən tələblərin içərisində Rusiyanın Ermənistandakı hərbi mövcudluğu, iqtisadi aktivləri, Ermənistanın Aİ-yə inteqrasiya kursu və ölkə daxilində siyasi qüvvələrə münasibət kimi fundamental məsələlər yer alır. Maraqlıdır ki, “Hraparak” bu məlumatları Ermənistan hökumətində yoxlamağa çalışdığını da yazır. Nəşrin bildirdiyinə görə, hökumət çevrələrində vəziyyətdən tam məlumatlı olan şəxslərin sayı çox azdır. Bununla yanaşı, son günlər bəzi yüksək vəzifəli məmurlarda ciddi gərginlik əlamətlərinin müşahidə olunduğu iddia edilir. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə də sorğu göndərilib. Nazirliyin cavab verəcəyinə söz verdiyi, lakin gün ərzində cavabın daxil olmadığı bildirilir. Вернуться назад |