Главная > dunya > "Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandıСегодня, 09:30. Разместил: vasif |
![]() Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik yeni mərhələyə keçə bilər. Moskvadan İrəvana qaz tədarükü noyabrın 1-dən tamamilə kəsilə bilər. Bu barədə Ermənistanın “Hraparak” qəzeti Rusiyadakı mənbələrinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, söhbət qazın qiymətinin artırılmasından deyil, tədarükün tam dayandırılmasından gedir. Qəzet iddia edir ki, belə ssenarinin qarşısının alınması üçün Nikol Paşinyanın qarşısına bir sıra şərtlər qoyulub. Onlardan biri Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası ilə bağlıdır. İddiaya görə, Moskva Paşinyandan bu bazanın gələcək taleyinin müzakirəsindən imtina etməyi tələb edir. Digər tələb Rusiya kapitalının iştirak etdiyi şirkətlərlə bağlıdır. Burada Ermənistan dəmir yolları və “Qazprom” da xüsusi qeyd olunur. Moskvanın bu şirkətlərə qarşı tədbirlərin dayandırılmasını istədiyi bildirilir. Moskvanın daha bir tələbinin Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesi ilə bağlı olduğu qeyd edilir. “Hraparak”ın məlumatına görə, söhbət Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunun ləğvindən və ya məsələ ilə bağlı referendum tarixinin elan edilməsindən gedir. Qəzet həmçinin Rusiyanın rusiyayönlü hesab etdiyi siyasətçilərə qarşı təqiblərin dayandırılmasını tələb etdiyini yazır. Ən diqqətçəkən tələblərdən biri isə Ermənistan hökumətində baş nazir müavini postu ilə bağlıdır. Nəşrin iddiasına görə, Moskva bu vəzifəyə Rusiya üçün məqbul olan şəxsin təyin edilməsini və həmin məmurla birbaşa işləməyi istəyir. “Hraparak” məlumatı Ermənistan hökumət dairələrindən dəqiqləşdirməyə çalışdığını, lakin Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin sorğuya cavab vermədiyini bildirib. Вернуться назад |