Главная > hadise > Bakı metrosunun iş vaxtı uzadılır
Bakı metrosunun iş vaxtı uzadılırСегодня, 10:18. Разместил: vasif |
![]() Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də iş qrafiki dəyişdiriləcək. Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib. Mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, sentyabrın 24-dən 26-dək 3 stansiya - "İçərişəhər", "Sahil" və "28 May" gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq. Ayın 24-dən 25-nə və 25-dən 26-na keçən gecə qeyd edilən 3 stansiya saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət ənənəvi qaydada təşkil ediləcək, həmçinin Qırmızı xəttin digər stansiyaları saat 00:00-da bağlanacaq. Вернуться назад |