Главная > dunya > Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşmaСегодня, 09:30. Разместил: vasif |
![]() Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində mühüm razılaşma əldə olunub. Razılaşma Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İraqın baş naziri Əli Falih əz-Zeydi arasında keçirilən görüşdə əldə olunub. Ankara Başika-Zilkan hərbi məntəqəsini mərhələli şəkildə İraq hökumətinə təhvil verəcək, Bağdad isə Sincarda dövlət nəzarətindən kənar silahlı qüvvələrin mövcudluğuna son qoyacaq. Razılaşmaya əsasən, İraqın təhlükəsizlik sahəsində atdığı addımlar nəzərə alınmaqla Türkiyə qüvvələrinin Mosulun şimal-şərqində yerləşən Başika-Zilkan məntəqəsini əvvəlcədən razılaşdırılmış mexanizm və qrafik üzrə İraq Federal Hökumətinə mərhələli şəkildə təhvil verməsi nəzərdə tutulur. Razılaşmanın ən mühüm hissələrindən biri Sincarla bağlıdır. Burada söhbət ilk növbədə PKK terror təşkilatı və onun Sincardakı qolları olan YBŞ (Sincar Müqavimət Birlikləri) və qadınlardan ibarət YJŞ silahlı strukturundan gedir. Bu silahlı strukturlar PKK-nın Sincardakı təşkilatlanmasının əsas hissəsini təşkil edir. Türkiyə uzun müddətdir PKK və onun Sincardakı qollarının bölgədən tamamilə çıxarılmasını tələb edir. PKK-nın Suriya xəttində isə YPG və onun qadın silahlı strukturu YPJ fəaliyyət göstərir. Türkiyə YPG/YPJ-ni PKK terror təşkilatının Suriya qolları hesab edir. Sincarla bağlı hazırkı razılaşmanın birbaşa predmeti isə YPG və YPJ deyil, İraq ərazisində fəaliyyət göstərən PKK və onun Sincardakı YBŞ/YJŞ strukturlarıdır. İraq hökumətinin planına əsasən, Sincarda silah üzərində dövlət nəzarəti tam bərpa edilməli, dövlət strukturundan kənarda fəaliyyət göstərən silahlı qüvvələrin mövcudluğuna son qoyulmalı, bölgənin təhlükəsizlik və inzibati idarəçiliyi federal hakimiyyətin nəzarətinə keçməlidir. Sincar məsələsi uzun illər Ankara-Bağdad münasibətlərinin əsas təhlükəsizlik mövzularından biri olub. Hələ 2020-ci ildə Bağdadla İraq Kürdüstan Regional Hökuməti arasında əldə edilən Sincar razılaşmasında bölgədə dövlət hakimiyyətinin bərpası və PKK qüvvələrinin ərazidən çıxarılması nəzərdə tutulurdu. İraq 2024-cü ildə PKK-nı qadağan edilmiş təşkilat elan edib. Ankara isə İraqla təhlükəsizlik danışıqlarında PKK-nın Sincar, Qəndil, Mahmur və ölkənin digər ərazilərindəki mövcudluğunun tamamilə aradan qaldırılmasını əsas məsələlərdən biri kimi gündəmdə saxlayır. Yeni razılaşma paralel iki prosesi nəzərdə tutur: Türkiyə Başika-Zilkandakı hərbi mövcudluğunu mərhələli şəkildə İraq dövlətinə təhvil verir, Bağdad isə Sincarda dövlət hakimiyyətini tam bərpa edərək PKK terror təşkilatı və onun bölgədəki silahlı qollarının fəaliyyətinə son qoymağa hazırlaşır. Вернуться назад |