Главная > iqtisadiyyat > Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR23-09-2026, 12:19. Разместил: vasif |
![]() Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında qeyd olunub. Bildirilir ki, bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 8 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 673 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,7 faiz bəndi azalaraq 2026-cı ilin iyulunda 25,8%-ə enib. Вернуться назад |