Главная > iqtisadiyyat > Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA23-09-2026, 12:05. Разместил: vasif |
![]() İllik inflyasiya hədəf diapazonu daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında qeyd olunub. Bildirilir ki, 2026-cı ilin avqust ayında 12 aylıq inflyasiya 5,7% təşkil edib ki, bu da iyuldakı analoji göstəriciyə nəzərən 0,1 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,2%, ödənişli xidmətlər üzrə 5,0%, qeyri-qida məhsulları üzrə isə 3,7% olub. İllik baza inflyasiya 5,1% təşkil edib. Mərkəzi Bankın ortamüddətli dövrdə illik inflyasiyanın hədəf diapazonu daxilində olacağı ilə bağlı proqnozu dəyişməz qalır. Вернуться назад |