Главная > dunya > Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıbСегодня, 13:39. Разместил: vasif |
![]() Rusiyada sentyabrın 18-20-də keçirilən Dövlət Dumasına seçkilərdə hakim “Vahid Rusiya” partiyası böyük üstünlüklə ilk sırada qərarlaşıb. Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, bülletenlərin 93 faizdən çoxu hesablandıqdan sonra “Vahid Rusiya” 57,83 faiz səs toplayıb. Kommunist Partiyası 13,81 faiz, LDPR 8,93 faiz, “Yeni İnsanlar” 7,97 faiz, “Ədalətli Rusiya” isə 4,96 faiz səs əldə edib. Seçici fəallığı 57 faizə yaxın olub. Musavat.com “Novaya-Avropa”ya istinadən xəbər verir ki, nəşr Rusiyada keçirilən Dövlət Dumasına seçkilərin nəticələrini Sergey Şpilkinin hazırladığı statistik metod əsasında təhlil edib. Nəşrin hesablamasına görə, seçki məntəqələrində saxtalaşdırıldığı ehtimal edilən səslər nəzərə alınmadıqda, hakim “Vahid Rusiya” partiyasının real nəticəsi təxminən 34 faiz ola bilər. Təhlildə seçici fəallığı ilə partiyaların topladığı səslər arasındakı statistik əlaqə araşdırılıb. Metodologiyaya əsasən, normal və saxtalaşdırılmamış seçki məntəqələri qrafikdə vahid “nüvə” formalaşdırmalıdır. Nəticələrdə süni müdaxilə ehtimalı olan məntəqələr isə qrafikdə “kometa quyruğu” adlandırılan ayrıca statistik iz yaradır. “Novaya-Avropa”nın məlumatına görə, builki seçkilərdə “Vahid Rusiya” üzrə “dürüst nüvə” təxminən 34 faiz göstəricisində formalaşıb. Nəşr hesab edir ki, bu göstərici seçki nəticələrinə mümkün müdaxilələr nəzərə alınmadıqda partiyanın əldə edə biləcəyi nəticəni göstərir. Hesablamada “Vahid Rusiya” istisna olmaqla digər partiyalara verilən səslərin əsasən real olduğu fərz edilib. Daha sonra “Vahid Rusiya”nın səslərinin digər partiyaların səsləri ilə seçici fəallığı üzrə nisbəti müqayisə olunub. Nəşr bildirir ki, əldə olunan hesablamalar iki seçki eksperti tərəfindən də məqbul sayılıb.Təhlildən Moskva çıxarılıb. Səbəb kimi paytaxtda seçicilərin əhəmiyyətli hissəsinin elektron səsvermədən istifadə etməsi və bunun kağız bülletenlər üzrə statistikanı digər regionlardan fərqləndirməsi göstərilir. Həmçinin digər partiyalara verilən səslərin kütləvi şəkildə “Vahid Rusiya”nın xeyrinə yazılmış ola biləcəyi ehtimal edilən bəzi regionlar da hesablamaya daxil edilməyib. Burada yalnız Şpilkinin hesablamasına söykənmək lazım deyil. Seçkilərdən əvvəl ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Rusiyanın beynəlxalq müşahidəçiləri dəvət etməməsini ciddi problem kimi qiymətləndirmişdi. Təşkilat bunun seçki prosesinin obyektiv qiymətləndirilməsi və şəffaflığı üçün mənfi nəticə yaratdığını bildirib.Seçki prosesinin gedişində isə müşahidəçilərə maneələr, müşahidəçilərin məntəqələrə buraxılmaması və digər pozuntular barədə məlumatlar yayılıb. AP də “Yabloko” və Kommunist Partiyasının müşahidəçilərin fəaliyyətinə məhdudiyyətlər və şəffaflıq problemləri barədə şikayətlərini qeyd edir. Вернуться назад |