Главная > idman > Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan millisinin heyəti açıqlandı18-09-2026, 13:13. Разместил: vasif |
![]() Azərbaycan milli komandasının növbəti oyunlar üçün heyəti açıqlanıb. AFFA-nın yaydığı siyahıda 30 futbolçu yer alıb. Heyətdə 3 qapıçı, 10 müdafiəçi, 13 yarımmüdafiəçi və 4 hücumçu var. Qapıçılar: Aydın Bayramov, Rəvan Mirzəmmədov, Emil Balayev. Müdafiəçilər: Bədavi Hüseynov, Murad Xaçayev, Cəlal Hüseynov, Anton Krivotsyuk, Rahil Məmmədov, Elvin Bədəlov, Rəhman Daşdəmirov, Toral Bayramov, Tellur Mütəllimov, Rüfət Abbasov. Yarımmüdafiəçilər: Ceyhun Nuriyev, Edqar Adilxanov, Emin Mahmudov, Fərid Yusifli, Rəhim Sadıxov, Rüfət Abdullazadə, Emil Səfərov, Abdulla Xaybullayev, Aleksey İsayev, Oruc Məmmədov, Ayxan Hüseynov, Anatoli Nuriyev, Mustafa Əhmədzadə. Hücumçular: Vüsal İsgəndərli, Musa Qurbanlı, Mahir Emreli, Renat Dadaşov. Qeyd edək ki, Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də saat 17:00-da "Darius and Girėnas" stadionunda Litva, oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, həmçinin oktyabrın 4-də saat 17:00-da 8-ci km stadionunda Litva yığması ilə qarşılaşacaq. Вернуться назад |