Главная > idman > “Sabah” ÇL-də mübarizəyə başlayır
“Sabah” ÇL-də mübarizəyə başlayır7-07-2026, 09:45. Разместил: vasya |
![]() Bu gün UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümünə start veriləcək. Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Sabah” mübarizəyə doğma meydanda başlayacaq. Ölkə çempionu I təsnifat mərhələsinin ilk oyununda Bakıda Uelsin TNS komandasını qəbul edəcək. Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı Polşa Futbol Federasiyasından FIFA dərəcəli baş hakim Patrik Qritskeviç idarə edəcək. “Sabah”ın heyətində yalnız zədəli Xəyal Əliyev bu görüşdə iştirak edə bilməyəcək. Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Ozuestri şəhərində təşkil olunacaq. Bu cütün qalibi II raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) duelinin güclüsü ilə qarşılaşacaq. Вернуться назад |