Главная > dunya > Tramp-Putin danışığının DETALLARI: Kimlər itirəcək...
Tramp-Putin danışığının DETALLARI: Kimlər itirəcək...13-02-2025, 10:36. Разместил: vasya |
![]() ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə baş tutan telefon danışığı ilə bağlı açıqlamalar verib. Tramp Putinlə görüşü barədə verdiyi açıqlamalardan belə qənaətə gəlmək mümkündür ki, Rusiya-Ukrayna müharibəsində qalib tərəf yoxdur. Müharibə ancaq kompromislər əsasında bitə bilər. Trampla Putin arasındakı telefon danışığından gəlinən qənaət isə belədir: - Tramp Ukraynada Putinə atəşkəs təklif etdiyini və bunun müvəqqəti olmasını istəmədiyini eşitdiyini bildirib; - Ukraynanın NATO-ya üzvlüyü qeyri-mümkündür; - Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması ehtimalı demək olar mümkün deyil; - Ukraynanın itirilən ərazilərinin yalnız bir qismini geri qaytara bilər; - Volodimir Zelenski olmadan ABŞ və Rusiya arasında birbaşa dialoq təhlükə yaratmır ; - Ukraynada prezident seçkiləri keçirilməlidir; - Birləşmiş Ştatlar Ukraynaya kömək etməyə davam edəcək, lakin bu yardımlar nəzarət altında həyata keçiriləcək. Bundan əlavə olaraq Ukraynaya dəstək üçün yatırılan vəsaitlərin geri qaytarılması ilə bağlı zəmanət tələb olunacaq; - Tramp Səudiyyə Ərəbistanında Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətini ortaya qoyub; - Tramp Putinin ABŞ-yə səfərini gözləyir və özü də Rusiyaya səfər etmək niyyətindədir; - Putinlə davamlı əlaqə saxlamağı planlaşdırır. Tramp Putin telefon danışığı bir daha onu deməyə əsas verir ki, Ukrayna Rusiya-Qərb arasındakı geosiyasi mübarizədə alver predmetidir və bundan da itirən ancaq Ukraynadır. Rusiya həm də ABŞ-nin əlində Avropa üçün “dodmokl” qılıncı olmaqda davam edəcək. Вернуться назад |