Главная > siyaset > Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb29-01-2025, 09:50. Разместил: vasya |
![]() Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfər üçün yola düşüb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, həmçinin bir sıra yüksəksəviyyəli ikitərəfli görüşləri planlaşdırılır. Вернуться назад |