Главная > sosial > Kimlərin maaşı artırıldı? - Tam SİYAHI
Kimlərin maaşı artırıldı? - Tam SİYAHI27-01-2025, 19:40. Разместил: vasya |
![]() Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq sərəncamlarla bir sıra dövlət qurumlarında çalışan şəxslərin vəzifə maaşları artıırılıb. Həmin qurumların siyahısını təqdim edir: Prezidentin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının maaşları 10% artırılıb. Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının maaşları 10% artırılıb. Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının maaşları 10% artırılıb. Daxili İşlər Nazirliyinin (DİN) xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb. Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının maaşları 10% artırılıb. Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb. Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının maaşları 10% artırılıb. DSX-nin hərbi qulluqçularının maaşları 10% artırılıb. FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşlarının maaşları 10% artırılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb. Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb. Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb. Вернуться назад |