Главная > sosial > DTX-nin hərbi qulluqçularının maaşları artırılıb
DTX-nin hərbi qulluqçularının maaşları artırılıb27-01-2025, 19:27. Разместил: vasya |
![]() Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb. Fərmana əsasən, hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb. Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. Fərman bu il yanvarın 1-dən tətbiq edilir. Вернуться назад |