Главная > dunya > Ərdoğan: Terrorsuz Türkiyə hədəfimizə çatacağıq
Ərdoğan: Terrorsuz Türkiyə hədəfimizə çatacağıq8-01-2025, 09:55. Разместил: vasya |
![]() Terrorsuz Türkiyə hədəfimizə çatacağıq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında çıxışında deyib. O bildirib ki, Suriyadakı hakimiyyət dəyişikliyi nəticəsində həm Türkiyənin, həm də regionun gələcəyi üçün yeni fürsətlər yaranıb: "Suriya ilə bağlı öhdəmizə düşəni edəcəyik. Suriyalı qardaşlarımızın əlindən tutmağa davam edəcəyik". Ərdoğanın sözlərinə görə, Suriyada baş verən hadisələr Türkiyəni yaxından maraqlandırır: "Suriyanın yenidən bərpası üçün vaxta ehtiyac var. Bu məlumdur. Beynəlxalq ictimaiyyət həmin prosesə töhfə verməlidir. Türkiyə olaraq biz də bütün planlarımızı bu reallıqlara uyğun qururuq". Вернуться назад |