Главная > hadise > Təcili: AZAL-ın təyyarəsində sağ qalanlar var!
Təcili: AZAL-ın təyyarəsində sağ qalanlar var!25-12-2024, 11:52. Разместил: vasya |
![]() Aktauda təyyarənin qəzaya uğradığı yerə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası gəlib. təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub. Qazaxıstan mediasının məlumatına görə, hazırda zərərçəkənlər dəqiqləşdirilir; ilkin məlumatlara görə, sağ qalanlar var. AZAL məlumat yayıb ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Вернуться назад |