Главная > dunya > Tramp: Türkiyə Suriyanı yenidən quracaq, Ərdoğanla...
Tramp: Türkiyə Suriyanı yenidən quracaq, Ərdoğanla...17-12-2024, 12:21. Разместил: vasya |
![]() Suriyadakı qeyri-müəyyənliklərin həllində açar ölkə Türkiyədir. Bölgədəki son vəziyyətin necə olacağını və qalib ölkənin kim olacağını heç kim bilmir. Amma məncə bu, Türkiyə olacaq. Bunu ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp Suriyada Bəşər Əsəd rejiminin devrilməsinə səbəb olan və bundan sonrakı proseslərlə bağlı açıqlamasında deyib. ABŞ-nin bölgədə Türkiyə ilə birgə işləyə biləcəyini ifadə edən Tramp Suriyadakı 900 amerikalı hərbçinin gələcək taleyi ilə bağlı məsələyə aydınlıq gətirib. "Bunun başqa bir yolu olmalıdır. Bunlardan biri də Türkiyədir", - Tramp bildirib. Türkiyənin "vacib bir güc" olduğunu qeyd edən Tramp bildirib ki, prezident Ərdoğan yaxşı anlaşdığı biridir: "Türkiyə böyük bir hərbi gücə malikdir. Və bu güc müharibələrdə zəifləmədi. Çox güclü bir dövlət və ordu qurdu". Вернуться назад |