Главная > idman > UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulacaq
UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulacaq19-11-2024, 15:30. Разместил: vasya |
![]() UEFA Millətlər Liqasında qrup mərhələsinə bu gün yekun vurulacaq. Sonuncu - VI turda 9 qarşılaşma baş tutacaq. Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan yığması ilə yanaşı, Türkiyə də meydana çıxacaq. Qardaş ölkənin komandası səfərdə Monteneqro ilə üz-üzə gələcək. Niderland səfərdə Bosniya və Herseqovinanın, Almaniya isə Macarıstanın qonağı olacaq. UEFA Millətlər Liqası VI tur 19 noyabr A Liqası III qrup 23:45. Bosniya və Herseqovina - Niderland 23:45. Macarıstan - Almaniya Xal durumu: Almaniya - 13, Niderland - 8, Macarıstan - 5, Bosniya və Herseqovina - 1. B Liqası I qrup 23:45. Çexiya - Gürcüstan 23:45. Albaniya - Ukrayna Xal durumu: Çexiya - 8, Gürcüstan - 7, Albaniya - 7, Ukrayna - 5. IV qrup 23:45. Monteneqro - Türkiyə 23:45. Uels - İslandiya Xal durumu: Türkiyə - 11, Uels - 9, İslandiya - 7, Monteneqro - 0. C Liqası I qrup 23:45. Slovakiya - Estoniya 23:45. İsveç - Azərbaycan Xal durumu: İsveç - 13, Slovakiya - 10, Estoniya - 4, Azərbaycan - 1. D Liqası II qrup 23:45. Malta - Andorra Xal durumu: Moldova - 9, Malta - 6, Andorra - 0. Qeyd edək ki, noyabrın 22-də UEFA Millətlər Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbir İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Вернуться назад |