Главная > idman > UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq
UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq24-10-2024, 11:04. Разместил: vasya |
![]() "Qarabağ" bu gün UEFA Avropa Liqasında Niderlandın "Ayaks" klubunu qəbul edəcək. Liqa mərhələsinin III turuna təsadüf edən qarşılaşma saat 20:45-də start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq. UEFA Avropa Liqası Liqa mərhələsi III tur 24 oktyabr 20:45. "Qarabağ" - "Ayaks" (Niderland) Baş hakim: Nikolas Uolş (Şotlandiya). Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Qeyd edək ki, Azərbaycan çempionu I turda İngiltərədə "Tottenhem"ə (0:3), növbəti görüşdə isə evdə İsveçin "Malmö" kollektivinə uduzub - 1:2. İlk oyunda Türkiyənin "Beşiktaş" klubunu 4 cavabsız qolla üstələyən "Ayaks" ikinci matçda Çexiyada "Slaviya" (Praqa) ilə heç-heçə edib - 1:1. Вернуться назад |