Главная > idman > UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura bu gün start veriləcək
UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura bu gün start veriləcək22-10-2024, 16:00. Разместил: vasya |
![]() UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tura bu gün 9 oyunla start veriləcək. Report məlumatına görə, İspaniyanın “Real” klubu doğma meydanda Almaniya təmsilçisi “Borussiya”nı (Dortmund) qəbul edəcək. PSJ (Fransa) Niderland təmsilçisi PSV, İtaliyanın “Yuventus” klubu isə “Ştutqart” (Almaniya) ilə üz-üzə gələcək. UEFA Çempionlar Liqası Liqa mərhələsi III tur 22 oktyabr 20:45. “Milan” (İtaliya) - “Brügge” (Belçika) 20:45. “Monako” (Fransa) - “Srvena Zvezda” (Serbiya) 23:00. PSJ (Fransa) - PSV (Niderland) 23:00. “Yuventus” (İtaliya) - “Ştutqart” (Almaniya) 23:00. “Aston Villa” (İngiltərə) - “Bolonya” (İtaliya) 23:00. “Jirona” (İspaniya) - “Slovan” (Slovakiya) 23:00. “Şturm” (Avstriya) - “Sportinq” (Portuqaliya) 23:00. “Real” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) Qeyd edək ki, Liqa mərhələsində III tura sabah baş tutacaq 9 oyunla yekun vurulacaq. Вернуться назад |