Главная > siyaset > Milli Məclis Prezident və Birinci vitse-prezidentə məktub ünvanlayıb
Milli Məclis Prezident və Birinci vitse-prezidentə məktub ünvanlayıb18-10-2024, 11:27. Разместил: vasya |
![]() Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib. O bildirib ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür: “Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin”. Deputatlar sədrin təklifini alqışlarla qarşılayıb. Вернуться назад |