Главная > dunya > Baydendən Tehrana mesaj: Biz bunu müharibə aktı hesab edəcəyik
Baydendən Tehrana mesaj: Biz bunu müharibə aktı hesab edəcəyik12-10-2024, 12:09. Разместил: vasya |
![]() ABŞ prezidenti Co Bayden Milli Təhlükəsizlik Şurasına İran hakimiyyətini keçmiş prezident Donald Trampa və keçmiş Amerika rəsmilərinə qarşı sui-qəsdləri ilə bağlı xəbərdar etməyi tapşırıb . Bu barədə "Politico" yazır. "Vaşinqton istənilən sui-qəsdi müharibə aktı hesab edəcək", - Bayden bəyan edib. Politico yazır ki, Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savettin bununla bağlı açıqlamasında da bu məsələyə toxunaraq deyib: “Əgər İran vətəndaşlarımızdan hər hansı birinə, o cümlədən ABŞ-a xidmət etməyə davam edən və ya əvvəllər xidmət etmiş şəxslərə hücum edərsə, İran ciddi nəticələrlə üzləşəcək”. "Politico"nun yazdığına görə, təhdidlər ABŞ-ın 2020-ci ilin əvvəlində iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlıdır. Вернуться назад |