Главная > hadise > Bakıda dava düşüb: Bıçaqlananlar var
Bakıda dava düşüb: Bıçaqlananlar var30-09-2024, 11:04. Разместил: vasya |
|
Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BAKU.WS-ə bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub. Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. *** Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib. Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub. Yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. Вернуться назад |