Главная > siyaset > Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla görüşəcək - YENİLƏNİB
Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla görüşəcək - YENİLƏNİB31-07-2023, 10:57. Разместил: vasif |
![]() Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək. “Məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb. Görüş dövlət başçısının iqamətgahında keçiriləcək. Qeyd edək ki, C.Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində o, Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur. *** Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərə yola düşüb. XİN-dən verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur. Вернуться назад |