Главная > dunya > “Vaqner” hərbi kolonu Voronej vilayəti istiqamətində hərəkət edir - VİDEO
“Vaqner” hərbi kolonu Voronej vilayəti istiqamətində hərəkət edir - VİDEO24-06-2023, 10:52. Разместил: vasif |
![]() “Vaqner” özəl hərbi şirkətinin hərbi texnika kolonu Rusiyanın Voronej vilayəti istiqamətində hərəkət edir. Oxu.Az-ın məlumatına görə, bu barədə Voronej vilayəti hökumətinin “Telegram” kanalında məlumat verilib. “Hərbi texnika karvanı M-4 “Don” federal magistral yolu ilə hərəkət edir. Biz Voronej vilayətinin bütün sakinlərindən M-4 “Don” federal magistralından və fərdi avtomobillərdən müvəqqəti istifadə etməməyi xahiş edirik”, - deyə məlumatda deyilir. Bundan başqa Rossoşanski bələdiyyə dairəsi administrasiyasının rəhbəri Yuri Mişankov öz “Telegram” kanalında sakinlərə müraciətində evlərindən çıxmamağı və avtomobillərdən istifadə etməməyi xahiş edib. Вернуться назад |