Главная > sosial > Erməni sakinlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçirlər - VİDEO
Erməni sakinlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçirlər - VİDEO14-06-2023, 14:15. Разместил: vasif |
![]() Erməni sakinlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən rahat şəkildə keçid edirlər. Oxu.Az xəbər verir ki, sərhəd-buraxılış məntəqəsində erməni sakinlərin sənədləri yoxlandıqdan sonra onların təhlükəsiz şəkildə keçidi təmin olunur. “Laçın” sərhəd-buraxılış məntəqəsi bütün müasir texnologiyalarla təchiz olunduğundan, ən müasir texnoloji yeniliklərdən istifadə edilməklə Qarabağın erməni sakinlərinə sürətli və operativ xidmət göstərilir. Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi bu il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində, Həkəri çayının üzərində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulub. Buraxılış məntəqəsi qurulandan indiyə qədər erməni sakinlərin rahat şəkildə Laçın yolu ilə Xankəndi istiqamətinə və əksinə keçidi təmin olunub. Sərhəd-buraxılış məntəqəsindəki proseslə əlaqədar son görüntüləri təqdim edirik: Вернуться назад |