Главная > siyaset > Prezidentdən Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım
Prezidentdən Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım7-04-2023, 10:19. Разместил: vasif |
![]() Prezident İlham Əliyevin rəsmi feysbuk hesabında 7 Aprel - Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edilib. Paylaşımda deyilir: “7 aprel Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə COVİD-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir”.
Вернуться назад |