Главная > bolge > Rizvan Qəmbərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
Rizvan Qəmbərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur5-04-2023, 12:03. Разместил: vasif |
![]() Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qəmbərov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir. Rizvan Qəmbərovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı. Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qəmbərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rizvan Qəmbərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qəmbərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq. Son günlər bəzi internet saytlarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qəmbərov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qəmbərov işyerin də tapılmır…. başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qəmbərov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq. Вернуться назад |