Главная > siyaset > Bakıya gəlmək istəməyən ermənilərin arxasınca TANK YOLLAYAQMI? - NƏ BAŞ VERİR?
Bakıya gəlmək istəməyən ermənilərin arxasınca TANK YOLLAYAQMI? - NƏ BAŞ VERİR?14-03-2023, 16:00. Разместил: vasif |
|
Xankəndindəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib: onlar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsini və humanitar, texniki məsələlərin müzakirə edilməsini istəyir, özlərini “tərəf” kimi təqdim edir, beləliklə, reinteqrasiya prosesindən imtina edirlər; Gözlənilən idi, çünki Bakıya gəlmələri “tərəf” olmaqdan imtina etmək və reinteqrasiya prosesini qəbul etmək demək idi, Rusiyanın da buna imkan vermədiyi bəllidir. Lakin imtina etmələri də Bakının əlini gücləndirir: - Təmasların indi qurulmasını istəyən Qərbə (ABŞ və Aİ) göstərəcək ki, “separatçılar erməni əhalisi deyil” və “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasına” onlar imkan vermir; - Qarabağda mümkün praktiki addımların – həm hərbi, həm digər istiqamətlərdə - iddia edildiyi kimi “erməni əhalisinə” qarşı yox, separatçı-terrorçulara qarşı atıldığı mövqeyi önə çıxır... Asif Nərimanlı - DİA.AZ Вернуться назад |