Главная > siyaset > Azərbaycan Prezidenti: “Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq”
Azərbaycan Prezidenti: “Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq”9-03-2023, 12:16. Разместил: vasif |
![]() “Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib. Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulayan dövlətimizin başçısı deyib: “Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”. Вернуться назад |