Главная > dunya > "Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra bilərəm" - Donald Tramp
"Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra bilərəm" - Donald Tramp6-03-2023, 11:40. Разместил: vasif |
![]() “Üçüncü Dünya müharibəsinin qarşısını ala biləcək yeganə adam mənəm”. Xarici KİV xəbər verir ki, bunu sabiq ABŞ Prezidenti Donald Tramp deyib. ABŞ Mühafizəkarlar Birliyinin konfransında çıxış edən Tramp həmçinin Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra biləcəyini iddia edib. Hazırda ABŞ-ın müstəqil bir ölkə olmadığını deyən Tramp sözlərinə belə davam edib: “Mən sizin səsinizəm, döyüşçünüzəm, ədalətinizəm. Zülmə məruz qalan və xəyanətə uğrayanlar, sizin intiqamınızam”. Sabiq prezident xələfi Co Baydeni də tənqid edərək “Onu Ağ Evdən çıxaracağıq” söyləyib. D.Tramp ABŞ-ın Əfqanıstandan biabırçı şəkildə çıxdığını deyərək, ölkəsinin orada qoyduğu silahları Talibanın başqa ölkələrə satdığını iddia edib. Qeyd edək ki, D.Tramp ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlamışdı. Вернуться назад |