Главная > bolge > Şöhrəddin Verdiyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır

Şöhrəddin Verdiyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır


28-02-2023, 10:40. Разместил: vasif
Şöhrəddin Verdiyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır


Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında “Gəncə Sukanal” TSC-nin rəisi Şöhrəddin Verdiyev adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Şöhrəddin Verdiyevin hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.

“Gəncə Sukanal” TSC-nin rəisi Şöhrəddin Verdiyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Şöhrəddin Verdiyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Gəncə Sukanal” TSC-nin rəisi Şöhrəddin Verdiyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Son günlər bəzi internet saytlarında “Gəncə Sukanal” TSC-nin rəisi Şöhrəddin Verdiyev ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. “Gəncə Sukanal” TSC-nin rəisi Şöhrəddin Verdiyevin diplomu saxtadır..?", Niyazi Bayramovun Şöhrəddin Verdiyevlə ŞƏRİK TALANI... - İLGİNC FAKTLAR başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, “Gəncə Sukanal” TSC-nin rəisi Şöhrəddin Verdiyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından Gəncə əhalisi qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Вернуться назад