Главная > dunya > Taksimdə törədilən terror aktının təşkilatçısı Suriyada zərərsizləşdirilib
Taksimdə törədilən terror aktının təşkilatçısı Suriyada zərərsizləşdirilib24-02-2023, 13:13. Разместил: vasif |
![]() İstanbuldakı Taksim meydanında törədilən terror aktının təşkilatçısı Halil Menc Suriyada zərərsizləşdirilib. Report xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat İdarəsindən (MKİ) bildirilib. Qeyd olunub ki, o, PKK/YPG terror təşkilatının üzvü olub. Xatırladaq ki,ötən il noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Вернуться назад |