Главная > dunya > Mirzoyan: Türkiyə ilə razılaşma əldə etdik
Mirzoyan: Türkiyə ilə razılaşma əldə etdik16-02-2023, 13:17. Разместил: vasif |
![]() Biz Ankarada ikitərəfli münasibətlərin bəzi məsələlərini müzakirə etdik və konkret razılaşmalar əldə etdik. Bunu fevralın 16-da hökumətin iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfərinin yekunu barədə məlumat verərkən bəyan edib. O qeyd edib ki, sərhədin açılması istiqamətində dialoq olub və gedən prosesləri sürətləndirmək qərarı var. “Tarixi Ani körpüsünün bərpası üçün birlikdə çalışacağımız elan edildi. Həmçinin turizm mövsümü başlamazdan əvvəl Ermənistan-Türkiyə sərhədi boyunca üçüncü ölkə vətəndaşları üçün maneəsiz gediş-gəlişin yaradılması nəzərdə tutulur”, - deyə Mirzoyan bildirib. Вернуться назад |