Главная > sosial > Xilasedicilərimiz 37 can qurtardı - VİDEO
Xilasedicilərimiz 37 can qurtardı - VİDEO9-02-2023, 10:50. Разместил: vasif |
![]() Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək. Вернуться назад |