Главная > dunya > Suriyada zəlzələdə ölənlərin sayı 3 mini keçib
Suriyada zəlzələdə ölənlərin sayı 3 mini keçib9-02-2023, 10:43. Разместил: vasif |
![]() Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3042-ə çatıb. Bu barədə xarici KİV məlumat yayıb. Müxalifətin nəzarətində olan ərazilərdə ölənlərin sayı daha çoxdur. Bəşər Əsədə sadiq qüvvələrin nəzarətində olan ərazilərdə 1 200-dən çox insanın həlak olduğu bildirilib. Ölən və yaralananların sayının daha da artacağı gözlənilir. Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb. Вернуться назад |