Главная > siyaset > Azərbaycanın növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb - FOTO
Azərbaycanın növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb - FOTO8-02-2023, 10:46. Разместил: vasif |
![]() Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Bu barədə FHN-dən məlumat verilib. Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir. Axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb. ![]() ![]()
Вернуться назад |