Главная > dunya > Türkiyədə güclü zəlzələ olub: ölənlər var
Türkiyədə güclü zəlzələ olub: ölənlər var6-02-2023, 09:08. Разместил: vasif |
![]() Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub. Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb. * Malatya şəhərində 140 bina dağılıb, 420 yaralı var, 23 nəfər isə ölüb. (YENİLƏNİB) Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb. Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb. Bildirilib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub. Вернуться назад |