Главная > idman > “The Athletic”: “Əl-Nəsr” Ronalduya maaşının cəmi 10 faizini ödəyir
“The Athletic”: “Əl-Nəsr” Ronalduya maaşının cəmi 10 faizini ödəyir2-02-2023, 10:39. Разместил: vasif |
![]() Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubu portuqaliyalı hücumçu Kriştianu Ronalduya maaşının cəmi 10 faizini ödəyir. Bu barədə “The Athletic” mənbələrinə istinadla xəbər yayıb. Məlumata görə, ulduz hücumçu maaşının yerdə qalan 90%-ni Səudiyyə Ərəbistanının büdcəsindən alır. Yanvarın 2-də Ronaldu ildə 200 milyon avro alacağı müqaviləyə əsasən, “Əl-Nəsr”in oyunçusu olub. Portuqaliyalı və ailəsi üçün əlavə bonusların da olduğu bildirilib. Вернуться назад |